Oksford tələbələrinin "ASAN xidmət"dəki təcrübə proqramı başa çatıb


Oksford Universitetinin tələbələri üçün "ASAN Xidmət"də reallaşdırılan Yay Təcrübə Proqramı başa çatıb.


"ASAN Xidmət"dən AFN.az-a verilən məlumata görə, proqramın məqsədi nüfuzlu universitetlərdə dövlət xidmətləri və dövlət idarəetməsi sahəsində “ASAN xidmət” təcrübəsi əsasında elmi işlərin hazırlanmasıdır.

Bununla əlaqədar təşkil olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov tələbələri proqramı uğurla başa vurmaqları ilə əlaqədar təbrik edib, onlara təhsil həyatlarında və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Proqramın iştirakçıları öz növbəsində ölkəmizdə olmaqdan məmnunluqlarını ifadə edib, yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Yay Təcrübə Proqramı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Oksford Universitetinin Blavatnik İdarəçilik Məktəbi arasında həyata keçirilən uğurlu əməkdaşlıq çərçivəsində baş tutub.

6 həftəlik müddətdə Oksford Universitetinin 3 tələbəsi Dövlət Agentliyinin müxtəlif struktur bölmələrində və "ASAN xidmət" mərkəzlərində təcrübə proqramına cəlb olunmaqla qurumun yaradılması məqsədləri, fəaliyyət istiqamətləri və gələcək planlar barədə məlumatlandırılıb.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu