Hindistanda dünyanın ən hündür tuneli tikiləcək


Hindistanın şimalındakı Landax bölgəsində dünyanın ən hündür tuneli tikiləcək.


"The Economic Times" xəbər verir ki, struktur 4,8 min metr yüksəklikdə yerləşəcək.

Şinkun La Tuneli layihəsi uzunluğu 4,1 kilometr olan iki qoldan ibarətdir. Körpü Nimmu-Padum-Darça yolunda tikiləcək və Leh şəhəri ilə fasiləsiz əlaqəni təmin edəcək. Tunelin Ladax bölgəsinə töhfə verəcəyi qeyd olunur.

Bundan əvvəl Hindistanın Bihar ştatında Qanq çayı üzərində açılmamış körpü iki il ərzində iki dəfə uçub. 2023-cü ilin iyun ayında onun dayaqlarındakı 30 plitə çöküb. Oxşar vəziyyət 2022-ci ilin aprelində də baş vermişdi. Daha sonra müəyyən edilib ki, çökməyə səbəb keyfiyyətsiz tikinti materiallarından istifadə olunmasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu