"Azərsun"dan "Saville" makaronu ilə bağlı görüntülərə reaksiya - Hüquq-mühafizə orqanlarına müraciət ediləcək...


"Azərsun Holdinq" "Saville" makaron məhsulu ilə bağlı sosial media platformalarında yayımlanan görüntülərlə bağlı açıqlama yayıb.


Açıqlamada bildirilir:

"Bildirmək istəyirik ki, görüntülər həqiqəti əks etdirmir. Makaron məhsullarının çoxmərhələli yoxlamalardan keçərək insan əli dəymədən havasız paketlərə qablaşdırıldığını nəzərə alaraq belə bir hadisənin baş verməsinin qeyri-mümkün olduğunu əminliklə söyləmək olar. Bəzi media qurumlarının bu saxta məlumatın yayılmasında rol oynayaraq insanları çaşdırmasından təəssüfümüzü bildiririk. Məsələ ilə bağlı zəruri dəlillər toplanılaraq hüquq-mühafizə orqanlarına müraciət ediləcək".

Qeyd edək ki, sosial şəbəkə istifadəçi paylaşım edərək iddia edib ki, marketlərin birindən aldığı “Saville” makaronu paketinin içində siçan balalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu