İsveç və ABŞ 6G kommunikasiya texnologiyalarını birgə inkişaf etdirəcək
İsveç və ABŞ altıncı nəsil 6G rabitəsinin inkişafı sahəsində əməkdaşlığa dair birgə bəyanat imzalayıb.
Bu barədə İsveç hökumətinin ofisinin press-relizində məlumat verilib.
“İsveç və Birləşmiş Ştatlar 6G texnologiyasının açıq, təhlükəsiz, etibarlı, inklüziv, davamlı və demokratik dəyərlərə uyğun olmasını təmin etmək üçün həmfikir beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirmək və İsveçin 6G sahəsində Amerika tərəfdaşlığının daha da gücləndirilməsi öhdəliyinə sahibdirlə” - deyə birgə bəyanat imzalayan İsveç xarici işlər nazirinin müavini Yan Knutsson bildirib.
O, qeyd edib ki, 6G texnologiyaları rabitə sürətini və ötürülən məlumatların həcmini əhəmiyyətli dərəcədə artırmaq, həmçinin təhlükəsizliyi gücləndirmək üçün nəzərdə tutulub.