"Azəraqrartikinti" ASC-nin lisenziyası itib

"Azəraqrartikinti" ASC-nin lisenziyası və əlavəsi itib.
Sənədlərin hansı şəraitdə itməsi məlum deyil.
Belə ki, şirkətə məxsus tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyətinə dair İSN/L-159/2016 qeydiyyat nömrəli 01.02.2016-cı il tarixli lisenziya və əlavəsi itdiyi üçün etibarsız sayılır.
Xatırladaq ki, "Azəraqrartikinti" ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. 11 229 400 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Məmmədov Ramin Cümşüd oğludur. "Azəraqrartikinti" ASC-nin Müşahidə Şurasının sədri VI çağırış Milli Məclisin deputatı olmuş, 1 sentyabrda keçiriləcək seçkilərdə namizədliyi YAP tərəfindən irəli sürülən Ağalar Vəliyevdir.
İqtisadiyyat.az