Anar Məmmədovun namizədliyinin ləğvi olunması ilə bağlı MSK-ya müraciət edildi - VİDEO


Xəbər verildiyi kimi, Azərbaycanda sentyabrın 1-də baş tutacaq növbədənkənar parlament seçkilərində namizədlərin təbliğat-təşviqat kampaniyasına avqustun 9-dan start verilib.


Lakin Yeni Azərbaycan Partiyasının 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən olan namizədi Məmmədov Anar İlyaz oğlu təbliğata daha tez start verib.

Bu barədə yazıçı Kəramət Böyükçöl sosial şəbəkə hesabında məlumat və foto paylaşıb.

Yazıçı sözügedən fotonun Tərtərin Borsunlu kəndində çəkildiyini yazıb.

MSK sədri Məzahir Pənahov mövzuyla bağlı açıqlamasında deyib ki, sənədlə təqdim olunmayan məsələlərə münasibət bildirmək istəmir.

MSK sədri namizədlərin seçkiqabağı təşviqatdan əvvəl fəaliyyətə başlamasından danışıb: "Göndərsinlər baxaq, araşdıraq, ondan sonra deyək, qanun pozuntusu var, yoxsa yox”.

97 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputatlığa digər namizəd Şəhriyar Məcidzadə dünən rəqibi Anar Məmmədovdan MSK-ya rəsmi şikayət etdiyini və onun namizədliyinin ləğvini istədiyini qeyd edib.

Sosial şəbəkədə canlı yayım açan namizəd MSK-ya rəsmi müraciət etdiyini və Anar Məmmədovun namizədliyinin ləğv ediləcəyini tələb etdiyini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu