Rövşən Tağıyev Keşlədə seçicilərlə görüşdü: Sübut edəcəm ki, millət vəkili necə işləməlidir


"Mən bu günə gəlmişəm, bu yaşıma çatmışam, indiyənə qədər verdiyim bütün sözlərin arxasında durmuşam. Bu gün, bu tarixdə də yenə deyirəm, öz fəaliyyətimlə sübut edəcəm ki, millət vəkili necə işləməlidir. Bəzi deputatların 15 illik fəaliyyətinə baxaq, yaxud daha doğrusu indiyə qədərki fəaliyyətinə baxaq, mənim son 10 illik fəaliyyətimə baxaq. Mənim vətəndaşların, insanların xeyrinə gördüyüm işlərin üçdə birini demirəm, üçdə sıfır beşini görüblərsə, mən namizədliyimi geri götürərəm".



AFN.az xəbər verir ki, bunu 18 saylı Nərimanov Nizami Binəqədi seçki dairəsi üzrə deputatlığa namizəd Rövşən Tağıyev Keşlə qəsəbəsində seçicilərlə görüşündə deyib.

Görüş zamanı depuatalığa namizəd qeyd edib ki, namizədləri araşdırmaq lazımdır: "Əsasən namizədlərə hansı xüsusiyyətlərinə və nəyə görə səs verəcəyimizi bilməliyik və yaxud dövlət və dövlətçiliyimiz üçün hansı vədləri verib və işləri gördüyünə baxmalıyıq. Bununla bağlı dərin təhlil edərək, ondan sonra seçim etməliyik.

Seçki dönəmində hər kəsə bir söz deyirəm: mən demirəm ki, məni seçin, mən deyirəm ki, digər namizədlərlə bir yredə məni tərəziyə qoyun, ondan sonra qərarınız verin".

Rövşən Tağıyevin seçicilərlə görüşündən hazırlanmış reportajı təqdim edirik:





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu