Uqandada yol qəzası: 7 nəfər ölüb, 30 nəfər yaralanıb


Uqandada sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb.



Ölkə mətbuatında yer alan xəbərə görə, ölkənin qərbində Masaka-Mbarara avtomobil yolunda sərnişin avtobusu və yük maşını toqquşub.

Qəza nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb.

Səlahiyyətlilər sərnişin avtobusunda 69 sərnişinin olduğu barədə məlumat paylaşıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu