Bakıda Putinə hansı yeməklər təqdim olunub? - Menyu açıqlandı


Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı keçirilən qəbulda təqdim olunan yemək menyusu açıqlanıb.


Yemək masasına qara ikra, kükü, qızardılmış badımcan salatı, qızardılmış düşbərə və soyuq sup düzülüb.

Bundan başqa, ət və göy qutabları da ali qonağın şərəfinə menyuda yer alıb. Rusiya lideri milli mətbəximizdən yarpaq dolmasının da dadına baxıb.

Menyuda qızardılmış alabalıq da olub. Bundan başqa, masaya təndirdə qızardılmış keçi də gətirilib.

Milli şirniyyatların da yer aldığı menyuda şərablar da yerli olub.



Qafqazinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu