Dünyanın ən yaşlı insanını Yaponiyadadır: 116 yaşı var


İspaniyalı Maria Brañas Moreranın ölümündən sonra planetin ən yaşlı insanı tituluna əsas iddiaçı yaponiyalı Tomiko İtukadır.


AFN.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilir ki, İtukanın indi 116 yaşı var. O, 23 may 1908-ci ildə Osakada anadan olub. Qadın hazırda Asiyanın qərbində, Hyoqo prefekturasında yaşayır. Onun dörd övladı var - iki qızı və iki oğlu. Yaşının çox olması səbəbindən qadın əlil arabasından istifadə etmək məcburiyyətindədir.

İtuka 2023-cü ilin dekabrında Yaponiyada yaşayan ən yaşlı insan kimi tanınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu