"Eurovision" 2025-ci ildə Bazeldə keçiriləcək
"Eurovision" mahnı müsabiqəsi 2025-ci ilin mayında İsveçrənin Bazel şəhərində keçiriləcək.
Bu barədə müsabiqəni keçirən Avropa Yayım Birliyinin (EBU) saytında dərc olunan məlumatda deyilir.
“Bazel 2025-ci ildə 69-cu "Eurovision" mahnı müsabiqəsi üçün ev sahibi kimi seçilib”, - deyə məlumatda bildirilir. Müsabiqənin yarımfinal və finalı 2025-ci il mayın 13, 15 və 17-də "St. Jacobshalle" arenasında baş tutacaq. Təşkilatçılar bildiriblər ki, müsabiqədə iştirak edəcək ölkələrin siyahısı daha sonra açıqlanacaq.
"Eurovision" İsveçrədə bundan əvvəl də keçirilib - məhz bu ölkədə ilk müsabiqə 1956-cı ildə baş tutub, qalibi isveçrəli müğənni Lise Assia olub. Daha sonra italyan dilinin daha çox danışıldığı Luqano şəhəri tədbirin keçirilmə yeri kimi seçilib.
1989-cu ildə İsveçrəni təmsil edən Selin Dion bir il əvvəl müsabiqənin qalibi olduğu üçün yarışma fransızdilli Lozannada keçirilib. İndi ilk dəfə musiqi yarışması ölkənin almandilli hissəsində baş tutacaq.