45 yaşlı kişi qətlə yetirildi - Kürəkəni saxlanıldı


Şamaxıda qətl hadisəsi olub.


DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya və 45 yaşlı Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni Elbrus Şeydayev saxlanılıb.

Araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu