Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2,8 milyonluq avtomobil alır


"Hyundai" avtomobillərinin Azərbaycandakı rəsmi distributoru "Auto Azərbaycan" MMC Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tenderində qalib seçilib.


Tender nəqliyyat vasitələrinin satın alınması bağlı keçirilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 867 200 manatdır. Dövlət qurumu bu məbləğə 8 ədəd minik, 5 ədəd yolsuzluq avtomobili, 15 ədəd isə sərnişin avtobusu almağı planlaşdırır.

"Auto Azərbaycan" MMC 9 iyul 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 15 352 742 manatdır. Şirkətin qanuni təmsilçisi İsmayılov Emin Hüseyn oğludur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu