Danimarkanın baş naziri Rusiya ilə münaqişədə qırmızı xətlərdən imtina etməyə çağırıb


Danimarkanın baş naziri Mette Frederiksen Rusiya ilə münaqişədə qırmızı xətlərdən imtina etməyə çağırıb.



O, bu barədə "Bloomberg"ə müsahibəsində bildirib.

“Mənim belə bir təklifim var: gəlin qırmızı xətlər məsələsini bağlayaq. Daim müzakirələr gedir ki, biz bunu edə bilərikmi? (Kiyevə Rusiya ərazisinə zərbələr endirməyə icazə verin - Red.)? Gecikmələri dayandırmaq yaxşı olardı”, - deyə o bildirib.

Onun sözlərinə görə, Ukrayna müttəfiqləri tərəddüd etməyi dayandırmalı və Kiyevin Rusiya ərazilərinə hücumunu qadağan edən məhdudiyyətləri aradan qaldırmalıdır. Frederiksen vurğulayıb ki, Ukraynanın Rusiya Federasiyasının dərinliklərində zərbələr endirməsinə icazə verilməsi Ukrayna müttəfiqlərini münaqişəyə sürükləyən eskalasiyaya gətirib çıxarmayacaq.

Bundan əlavə, Danimarkanın baş naziri bəyan edib ki, sülhə nail olmaq üçün münaqişədə iştirak edən hər iki ölkənin razılığı lazımdır.

O, həmçinin danışıqların Rusiya prezidenti Vladimir Putinin qələbəsi ilə nəticələnəcəyinə şübhə ilə yanaşdığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu