"TikTok" Rusiya mediasına məxsus bəzi hesabları bağladı
"TikTok" Rusiyanın RT və "Sputnik" media qurumlarının ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı aldadıcı paylaşımlar etdiyinə görə hesablarını həmişəlik bağladığını açıqlayıb.
Çinin “ByteDance” şirkətinin əsas tərəfdaşı olduğu “TikTok” öz saytında Rusiyanın dövlət televiziyası RT və Rusiyanın “Sputnik” xəbər agentliyinin ana şirkətləri olan “TV-Novosti” və “Rossiya Seqodnya”nın hesablarını həmişəlik bağladığını elan edib.
Bəyanatda Rusiya media qurumlarının seçicilərə aldadıcı məlumatlar yaydığı, örtülü təsir əməliyyatları adlandırdığı, siyasi təbliğatı qadağan edən siyasəti pozduğu bildirilib.
Bu hesablar Avropa İttifaqı (Aİ) və Böyük Britaniyada da məhdudlaşdırılıb.
"Sputnik" isə X sosial media hesabında verdiyi açıqlamada "TikTok"dakı 86 min abunəçisinin ən aktual geosiyasi məsələlərlə bağlı faktları öyrənə bilməyəcəyini bildirib.