İcra başçısının qardaşı necə həlak olub? - TƏFƏRRÜAT
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qardaşının ölümünün təfərrüatı məlum olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, elektrik cəryanı vurması nəticəsində dünyasını dəyişən 53 yaşlı Habil Quliyev Xırdalanda fəaliyyət göstərən kolbasa şirkəti "Ay-Min" MMC-də çalışıb.
Mərhumun ölümünə səbəb avtoyuma apartı olub. Belə ki, işlədiyi şirkətin yaxınlığında Habil Quliyevə məxsus avtoyuma məntəqəsi fəaliyyət göstərirmiş. Avtoyuma apartının su vuran başlığını əlinə götürən zaman Habil Quliyevi cəryan vurub.
Mərhum hadisə yerində dünyasını dəyişib. Habil Quliyev bu gün Lənkəran rayonun Hirkan qəsəbəsində dəfn edilib.