HƏMAS Yaffa terroruna görə məsuliyyəti öz üzərinə götürüb
HƏMAS hərəkatının hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 1-də Tel-Əviv-Cəffanın cənubunda baş verən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə radikalların Telegram-kanalında məlumat yerləşdirilib.
“İzzəddin Əl-Qəssam Briqadaları Yaffa əməliyyatının Hebron şəhərindən olan iki döyüşçümüz tərəfindən həyata keçirildiyini təsdiqləyir”, - deyə sənəddə məlumatda bildirilir. Hərəkat yaxın bir neçə gün ərzində İsraildə yeni hücumların baş verəcəyini də açıqlayıblar. Onlar bu hücumlarınİordan çayının qərb sahilindəki Fələstin ərazilərinin sakinləri tərəfindən həyata keçiriləcəyini bildiriblər.
Terror aktı oktyabrın 1-də Təl-Əvivin Yaffa ərəb rayonunda tramvay dayanacağında baş verib. Belə ki, iki nəfər sərnişinlərə və yoldan keçənlərə atəş açıb. Polisin mətbuat xidmətindən verilən məlumata görə, hər iki terrorçu zərərsizləşdirilib. Terror aktı nəticəsində 7 nəfərin, o cümlədən Yunanıstan və Moldova vətəndaşlarının öldüyü, daha 16 nəfərin yaralandığı açıqlanıb. Yaralılar arasında Belarus və Ukrayna vətəndaşları da var.