Qassam Briqadaları Yəhya Sinvara sadiqliyini elan edib


HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları hərəkatın siyasi bürosunun rəhbəri seçilən Yəhya Sinvara sadiqliyini elan edib.



Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde Telegram hesabında yayımladığı açıqlamada, "Qəssam Briqadaları komandir Yəhya Sinvara beyət edir və onun qərarlarını tam şəkildə yerinə yetirməyə hazır olduğunu təsdiqləyir" ifadələrini işlədib.

Əbu Ubeydənin ifadəsində aşağıdakılar qeyd olunub:

“Qəssam Briqadaları şəhid komandirimiz İsmayıl Haniyə yerinə Yəhya Sinvarın HƏMAS-ın lideri seçilməsini hərəkatın canlılığının və gücünün sübutu kimi görür”.

Qeyd edək ki, HƏMAS iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilən İsmayıl Haniyənin yerinə Yəhya Sinvarın hərəkatın siyasi bürosunun rəhbəri seçildiyini açıqlayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu