ŞOK! Naxçıvanda mobil telefonlar kütləvi bağlanır - SƏBƏB


Naxçıvanda mobil telefonların imei kodları kütləvi bağlanır.


Belə bir məlumatı AFN.az-a Muxtar Respublikadan adını çəkilməsini istəməyən mənbə verib. Bildirilir ki, Vasif Talıbovun zamanında Naxçıvana kənardan telefon gətirməyə icazə yox idi: "Yalnız özlərindən alınmalı idi mobil telefonlar. İndi həmin telefonların imei kodları bağlanır, işlənməsinə icazə verilmir. Xeyli adamın telefonu bağlanıb. Ancaq xaricə çıxış edib, təzədən gətirib qeydiyyata salmalısan, ya da müəyyən cərimə müqabilində açdırmalısan telefonu. Qərarın səbəbi açıqlanmır".

Qeyd edək ki, qeyri-iş saatları olduğundan aiddiyyatı qurumların mövqeyini öyrənmək mümkün olmadı. Mövzunu araşdıracağıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu