Natiq Fərzəliyev kliniki ölüm keçirib
Aktyor Natiq Fərzəliyev kliniki ölüm keçirib.
Bu barədə aktyor "Xəzər axşamı" verilişində danışıb. O, hadisənin çəkiliş meydançasında baş verdiyini bildirib:
"Elə bildim ki, 5 saniyə və ya 5 dəqiqə olub. Amma bir saat davam edib. Ayılanda mənə şirniyyat verdilər və səhərə qədər çəkilişə davam etdim. Həkimə getdim, infarkt keçirdiyimi dedilər. Müalicə aldım. Evdə də məni qoruyurlar. Hələlik işlərə də çox yüklənmək istəmirəm"./Axşam.az