Naxçıvan şəhərinə yük avtomobillərinin daxil olması məhdudlaşdırıldı


Naxçıvan şəhərinə yük avtomobillərinin daxil olması məhdudlaşdırılıb.


APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı yerlərdə müvafiq nişanlama işləri görülməyə başlayıb.

Şəhərdaxili hərəkəti qadağan etmək üçün icazə verilən maksimum kütləsi 5 tondan çox olan yük avtomobillərinin səhər saat 7 radələrindən axşam saat 8 radələrinə hərəkəti qadağan olunur. Məqsəd isə şəhərdə yol hərəkəti təhlükəsizliyini təmin etməklə bərabər, yollarda sabitliyi təmin etmək, baş verə biləcək qəzaların qarşısını almaqdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu