“Bibiheybət” Gəmi Təmiri Zavodunda günəş panelləri quraşdırılıb


Ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi istiqamətində atılan addımların davamı kimi ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunun istehsalat sexlərinin birinin damında 512 kv.m ərazidə hər biri 690 Vt olmaqla,162 ədəd günəş paneli quraşdırılıb.


Sistem günəş panellərindən, invertor, kabelləşmə, SCADA idarəetmə qurğusundan və sayğacdan ibarətdir. Buradakı invertor qurğusuna 10 il, günəş panellərinə isə 25 il zəmanət verilib.

Hesablamalara görə, Abşeronda il ərzində 2200-2400 saat günəşli hava şəraiti olur. Buna uyğun olaraq “Bibiheybət” GTZ-də quraşdırılan sistem vasitəsilə il ərzində 380 Volt, 240-260 MVt elektrik enerjisinin istehsal edilməsi gözlənilir.

Enerji səmərəliliyinin artırılması və optimallaşdırılması məqsədilə “Yaşıl dünya naminə həmrəylik ili”ndə həyata keçirilən bu layihə ümumilikdə təbiətin mühafizəsi istiqamətindəki təşəbbüslərə ASCO-nun töhfəsidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu