İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilanla bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 22 iyul 2022-ci il tarixli sərəncamında dəyişiklik edib.
AFN.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şurada iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadiyyat nazirinin I müavini Elnur Əliyevlə əvəz olunub.