Banklar Trampın Rusiya üzərindən sanksiyaları götürməsi imkanını müzakirə edirlər - KİV
ABŞ-da prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsi Qərb banklarında Rusiyaya qarşı sanksiyaların mümkün ləğvi ilə bağlı müzakirələrə səbəb olub.
AFN.az xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Portfel menecerlərindən biri nəşrə şərhində deyib: "Bu səhər bütün söhbətlər Rusiya ilə ticarətin necə aparılacağı və sanksiyaların ləğv edilib-edilməyəcəyi barədədir. Qərb banklarında treyderlər birdən-birə təəccüblənirlər ki, onlar indi rublla ticarət edə bilərlərmi".
ABŞ seçkilərində səsvermə başa çatıb. Rəsmi nəticələr hələ yekunlaşmayıb, lakin Amerika mediasının proqnozlarına görə, Tramp artıq 270-dən çox seçici səsini qazanıb ki, bu da qələbə üçün kifayətdir. Onun özü də artıq özünü ABŞ-ın 47-ci prezidenti elan edib.