COP29: “El bir olsa”- Yaşıl dünya naminə ağac əkmə aksiyası keçirilib - FOTOLAR
COP29 ərəfəsində ölkəmizdə gedən Beynəlxalq tədbirlər davam edir.
Bu münasibətlə Media Tədris Mərkəzinin müəllim-tələbə kollektivi, “Bugün" TV Media Qurumunun əməkdaşları, “Aristokrat Club”un və “Əkinçi” Təhsil, Ekologiya və Sosial Tərəqqi Naminə İctimai Birliyinin üzvlərfii birgə Sanqaçalın Əzimkənd qəsəbəsində ağacəkmə aksiyası keçirib.
“Media Tədris Mərkəzi”nin və “Bu gün TV Media Qurumu”nun rəhbəri Elnarə Dərziyeva müsahibəsində öz komanda heyəti ilə Sağlam Ekologiya naminə “Hərəyə bir yox iki ağac əkək” şüarı ilə tövhə verdiyini bildirib. Əməkdar jurnalist hər kəsi bu gözəl addıma qoşulmağa dəvət edib və iştirakçılara bu yolda uğurlar arzulayıb.
Həmçinin aksiya zamanı “Aristokrat Club”ın təsisçiləri Abidin Həşimov və Elməddin Məmmədov tədbir haqda danışıblar. “Bu gün COP29 ərəfəsində Sanqaçalda 200 şam ağacı əkdik. Ətrafı təmizlədik. Biz tez-tez bu cür töhfələrimizlə gələcək nəsillərə yeni sağlam dünya vermək niyyətindəyik”, – deyən Elməddin Məmmədov növbəti ayda da “Hər birimiz 1 ağac əkək” aksiyası keçiriləcəyini deyib, vətəndaşlarımızı iştirak etməyə səsləyib.
Aksiyada Əzimkənd qəsəbəsinin sakinləri, əsasən də azyaşlıları fəal iştirak ediblər.
Eyni zamanda qeyd edək ki, “Əkinçi” TESTN İctimai Birliyi “El bir olsa” şüarı ilə aksiyaya dəstək göstərib. Birliyin rəhbəri Emin Hacısoy çıxışında ölkəmizdə keçirilən COP29-la bağlı fəaliyyətlərindən danışıb.