Ombudsman veteran təqaüdlərinin artırılmasını təklif etdi
“Müharibə veteranlarına ödənilən təqaüdün məbləği artırılmalıdır”.
Bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği artırılmalıdır.
Eyni zamanda, hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının, eyni zamanda müvəqqəti mənzil kirayəsi üçün pul məbləğinin artırılması zəruridir”, - deyə Səbinə Əliyeva qeyd edib.
Qeyd edək ki, sözügedən təqaüdün məbləği 80 manatdır.