Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Kredit və İnkişaf Agentliyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunu məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, Agentliyin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Günay Namazova iş üzrə hakim təyin edib.
Məhkəmə çəkişməsi lizinq müqaviləsi üzrə mübahisələrlə bağlıdır.