İtkin düşən Leylanın əri uşaqlarını da götürüb Bakıya köçübmüş
Xəbər verdiyimiz kimi, Cəlilabad rayon sakini Leyla Heydərova itkin düşüb.
Yaxınları “Qafqazinfo”ya itkin düşən xanımla bağlı bəzi məlumatlar verib.
Belə ki, Biləsuvardan Cəlilabad rayonunun Hacıməmmədli kəndinə gəlin köçən 1991-ci il təvəllüdlü Heydərova Leyla Hikmət qızı üç uşaq anasıdır.
Leylanın yaxınları bildirib ki, son vaxtlar psixoloji vəziyyətinin ağır olmasına görə, o, hətta intihar fikirlərinə də qapılıb.
Məlumata görə, o, noyabrın 24-ü evdə heç kəs olmayanda kəndi tərk edib.
Hadisədən sonra ailə yerli hüquq-mühafizə orqanlarına müraciət edib. Onlar Leylanın hazırda Biləsuvar rayonundakı qohumlarının evində olduğunu düşünür.
Qeyd edək ki, Leylanın həyat yoldaşı üç uşağını da götürərək Bakıya köçübmüş.
Hadisə ilə bağlı araşdırmalar davam edir.