Müsavat bələdiyyə seçkiləri ilə bağlı qərar verdi
Müsavat Partiyası bələdiyyə seçkilərilə bağlı qərarını açıqlayıb.
Partiya Divanının sonuncu iclasında bələdiyyə seçkilərində iştirakla bağlı müzakirə aparılıb.
Divan Müsavat Məclisinin son sessiyada ona verdiyi səlahiyyətləri rəhbər tutaraq seçkilərdə öz namizədləri ilə iştirak etmək, namizədlərin irəli sürülməsi səlahiyyətlərini partiyanın rayon təşkilatlarına həvalə etmək haqqında qərar qəbul edib.
Qeyd edək ki, prosesə ümumi nəzarət Divan tərəfindən həyata keçiriləcək. Bununla bağlı olaraq, Divan dekabrın 7-də saat 11:00-da Məclisin sessiyasının keçirilməsi qərara alınıb.