Putin bəzi ölkələrə neft satışı qadağasının müddətini uzadıb

Rusiya prezidenti Vladimir Putin Rusiya neftinin qiymət tavanında iştirak edənlərə neft və neft məhsullarının satışına qoyulan qadağanın müddətini uzadıb.
Putinin imzaladığı fərmanla Rusiya neftinin barrelinə 60 dollardan yuxarı qiymət tətbiq edən Qərb ölkələrinə qarşı sanksiya qərarının müddəti 30 iyun 2025-ci ilə qədər uzadılıb.
Xatırladaq ki, 2023-cü il fevralın 1-də qüvvəyə minən qərarla Rusiya neft və neft məhsullarının tavan qiymət tətbiqində iştirak edən şəxslərə və şirkətlərə satışını qadağan edib.
Qiymət həddi tətbiq edənlərə neft daşımaları ancaq Putinin xüsusi icazəsi ilə həyata keçirilə bilər.
Qeyd edək ki, G7 və Avropa Birliyi ölkələri 2022-ci ilin dekabrında Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətinin 60 dollardan yuxarı qoyulması barədə razılığa gəliblər.