Putin neft satışına qoyulan qadağanı uzatdı
Rusiya prezidenti Vladimir Putin Rusiya neft və neft məhsullarının bir barrelinə 60 dollardan yuxarı qiymət tətbiq edən Qərb ölkələrinə qarşı sanksiya qərarının müddətini 31 dekabr 2024-cü ilə qədər uzadıb.
Bu barədə Putin fərman imzalayıb.
Xatırladaq ki, 2023-cü il fevralın 1-dən qüvvəyə minən qərarla Rusiya 30 iyun 2024-cü il tarixinədək tavan qiymət tətbiqində iştirak edən şəxslərə və şirkətlərə neft və neft məhsullarının satışını qadağan edilmişdi.
Qeyd edək ki, qiymət həddi tətbiq edənlərə neft daşımaları ancaq Putinin xüsusi icazəsi ilə həyata keçirilə bilər.
G7 və Avropa Birliyi ölkələri 2022-ci ilin dekabrında Rusiyadan dəniz yolu ilə nəql edilən neftin bir barelinin tavan qiymətini 60 dollardan müəyyən etmək barədə razılığa gəliblər.