ABŞ-dan Somaliyə hava hücumu - Əl-Şəbabın yüksək səviyyəli lideri öldürüldü

ABŞ-ın Afrika Komandanlığı (AFICOM) terror təşkilatı Əl-Şəbabın yüksək səviyyəli lideri Məhəmməd Mire və təşkilatın 10 üzvünün ABŞ qüvvələrinin Somali ordusu ilə əməkdaşlıqda həyata keçirdiyi əməliyyatlarda öldürüldüyünü təsdiqləyib.
AFRICOM-un dünən verdiyi açıqlamaya görə, ABŞ və Somali qüvvələri Somalinin Cubaland bölgəsindəki Kismayo sahil qəsəbəsindən 35 kilometr şimal-qərbdə yerləşən Beer Xaani kəndində əməliyyat keçirib.
Hava hücumunda Əl-Şəbab qruplaşmasından Əl-Qaidə ilə əlaqəli təşkilatın 10 üzvü və təşkilatın yüksək səviyyəli lideri Məhəmməd Mire öldürülüb.
AFRICOM komandanı general Maykl Lenqli terror təşkilatlarının ciddi qlobal təhlükə olaraq qaldığını ifadə edərək, "Əş-Şəbab terrorçuları da bu qlobal təhdidlərdən biridir. Onlarla və digər terror qrupları ilə mübarizə aparmaq üçün həmfikir ölkələrlə tərəfdaşlıq edirik. Bu transmilli təhdidlərə qarşı birləşmək regional təhlükəsizlik, sabitlik və rifah təmin edər” bildirib.