Hamilə olduğunu bildikdən 40 dəqiqə sonra uşaq dünyaya gətirdi: Özümü serialdakı kimi hiss edirəm

Şotlandiyanın Qlazqo şəhərindən olan 22 yaşlı Anna Cekson qarnındakı dözülməz ağrılar səbəbindən xəstəxanaya gedib. Məlum olub ki, mədəaltı vəzinin partladığını düşünən gənc qız hamilədir. 40 dəqiqə sonra uşaq dünyaya gətirən Cekson özünü serialdakı kimi hiss etdiyini deyib.
Anna Cekson əvvəlcə qarnındakı ağrıları menstruasiya sancısı ilə səhv salıb. Lakin sonradan o, mədəaltı vəzinin partladığını düşünərək həyat yoldaşı ilə xəstəxanaya getməyə qərar verib.
Xəstəxanaya gedəndə hamilə olduğunu öyrənən gənc qadın 40 dəqiqə sonra doğum edib.
Təəccüblü təcrübəsini paylaşan Cekson "Onurğamın ortasında güclü təzyiq hiss etdim. Həkimlər hamilə olduğumu söylədikdə çox təəccübləndim. Sanki "Grey's Anatomy" serialının bir bölümünü yaşayırdım" deyib.
Doğuş sancıları başladıqdan sonra dərhal doğum otağına aparılan Cekson Taliya Smit adlı qızı dünyaya gətirib.
Gənc cütlük valideynliyə hazırlıqsız yaxalandıqlarını və hər şeyin başlanğıcda çox çətin olduğunu, lakin sevdiklərinin dəstəyi ilə bu prosesi keçdiklərini bildirib.