İcra Hakimiyyəti ilə keçmiş işçisi arasında qalmaqal


Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş işçisi Amid Hüseynzadə qurumu məhkəməyə verib.


Qaynarinfo-nun məlumatına görə, Amid Hüseynzadə bir müddət əvvəl işdən çıxarılıb. Lakin o rəhbərliyin qərarı ilə razılaşmayaraq işə bərpa tələbi ilə məhkəməyə üz tutub.

Amid Hüseynzadənin iddiasına Gəncə İnzibati Məhkəməsində baxılır. Mayın 13-nə iş üzrə şifahi məhkəmə baxış iclası təyin edilib.

İslas hakim Leyla Əliyevanın sədrliyi ilə keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu