Vüqar Qurbanovun qardaşına Mərkəzi Bankda vəzifə verildi
Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar olub.
Vüsal Cavanşir oğlu Qurbanov, Seydiyev Elrad Eldar oğlu, Mansurov Anar Eldar oğlu və Rəsulov Tərlan İzzət oğlu bu il fevralın 3-dən Mərkəzi Bankın baş direktorları təyin ediliblər.
Qeyd edək ki, Vüsal Qurbanov buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb. Elrad Seydiyev AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin, Anar Mansurov Maliyyə idarəetməsi departamentinin, Tərlan Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin rəhbəri olub.
Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 9-a çatıb.
Qeyd edək ki, yeni vəzifəyə təyinat alanlardan Anar Mansurov bəstəkar, Xalq artisti Eldar Mansurovun oğlu, Vüsal Qurbanov isə TƏBİB sədri Vüqar Qurbanovun qardaşıdır.
Qafqazinfo