Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA


"Qarşıdan gələn Novruz bayramı münasibəti ilə əfv sərəncamı imzalana bilər. Amnistiya da elan edilə bilər".


AFN.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı hazırlıq işləri gedir: "Gözləyirik. Bizim tərəfimizdən nə lazımdırsa edəcəyik, siyahıları aidiyyatı qurumlara təqdim edəcəyik".

Prezident Yanında Əfv Məsələləri Komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib ki, istər Əfv sərəncamı, istərsə də amnistisya aktı ilə bağlı hər hansı bir konkret məlumata malik deyil: "Lakin bunu istisna da etmirəm. Əfv sərəncamının nə zaman veriləcəyi Prezidentin müstəsna səlahiyyətidir. Bu sərəncam Novruz bayramında olacaq, yoxsa ondan sonra, bu barədə dəqiq məlumata malik deyiləm. Doğrudur, Əfv Komissiyasının iclasları gələn həftədən başlayır. Novruz bayramı münasibətilə amnistiya aktının qəbul edilib-edilməyəcəyinə gəldikdə isə yalnız onu deyə bilərəm ki, bu barədə Milli Məclisdə dəfələrlə məsələ qaldırılıb. Məsələn, deputat Siyavuş Novruzov bu yaxınlarda belə bir təkliflər çıxış etdi. Bu il mühüm ildir - "Konstitusiya və Suverenlik İli” elan edilib. Ona görə ehtimal edə bilərəm ki, əfv və yaxud amnistiya elan edilə bilər. Amma amnistiya aktı Milli Məclisin səlahiyyətinə aid olan məsələdir. Sonuncu dəfə amnistiya 2021-ci ildə - "Zəfər aministiya”sı adı ilə qəbul edilib. Sonuncu əfv sərəncamı isə 2024-cü ilin may ayında verilib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu