Qoşqar Təhməzlinin təsisçisi olduğu şirkət nazirliyin tenderini uddu


Səhiyyə Nazirliyi "Medeks" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.


Şirkət nazirliyin laboratoriya avadanlığının və reagentlərin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 114 870 manatdır.

Nazirlik bu məbləğə 3 ədəd hematalogi analizator, 3 ədəd sentrifuqa və 39 dəst qan sayım cihazı almağı planlaşdırır.

"Medeks" şirkəti 2006-cı ildə təsis edilib. Şirkətin təsisçisi 2017-ci ildən Qida Təhlküəsizliyi Agentliyinə (AQTA) rəhbərlik edən Qoşqar Təhməzlidir. O, 2008-2016-cı illərdə şirkətin direktoru vəzifəsində çalışıb. Hazırda şirkətə Elşən Yusif oğlu Abbasov rəhbərlik edir. "Medeks" MMC-nin nizamnamə kapitalı 1000 manatdır.



Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, məhəllə 1911-də yerləşir. Qoşqar Təhməzli də Nərimanov rayonunda qeydiyyatdadır.

"Medeks" şirkətinin fəaliyyət istiqaməti tibbi, kosmetoloji, laborator, spa və sanator-kurort avadanlıqlarının satışı, texniki servisi, eləcə də tibbi sərfiyyat mallarının satışından ibarətdir.

Qoşqar Təhməzli Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "MİDA" MMC-nin rəhbəri Fərhad Təhməzovun qardaşıdır.

Onun digər qardaşı Atış Təhməzli isə "6-cı mərtəbə" şirkətinin rəhbəridir. Bu şirkət "Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işləri ilə bağlı borc qalmaqalı gündəmə gəlmişdi. Həmin vaxt subpodratçı şirkətlər podratçı şirkət olan "6-cı mərtəbə”nin onlara külli miqdarda borcu olduğunu, lakin bu borcun ödənilmədiyini bəyan etmişdi.

Qaynarinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu