Misir prezidenti Trampın Qəzza planına görə ABŞ səfərini ləğv edib
Misir prezidenti Əbdülfəttah əs-Sisi Trampın Qəzza planına görə ABŞ-a səfərini ləğv edib.
Ərəb mənbələrinin məlumatına görə, buna səbəb Qahirə ilə Vaşinqton arasında fələstinlilərin Misir və İordaniyaya köçürülməsi planı ilə bağlı gərginlikdir.
Bildirilir ki, Misirin siyasi rəhbərliyinə təqdim edilən vəziyyət hesabatında “Vaşinqtonla münasibətlərdə otuz ildən çox müddətdə ən ciddi gərginlik” təsvir olunub. Tramp administrasiyasının yüksək səviyyəli rəsmiləri Qahirənin planın həyata keçirilməsi ilə bağlı narahatlığına son dərəcə mənfi reaksiya veriblər.
Məlumata görə, fevralın 18-nə planlaşdırılan səfərin təxirə salınmasın həm də Tramp administrasiyasının yüksək rütbəli rəsmilərinin Misirin narazılığına verdikləri reaksiya, həmçinin Trampın Ağ Evdə əl-Sisiyə “general” kimi xitab etməsidir ki, bu da hörmətsizlik kimi qəbul edilib.