Artur Rasizadənin səhhətində problem yarandı
Azərbaycanın sabiq baş naziri Artur Rasizadənin səhhətində problem yaranıb.
AFN.az Modern.az-a istinadla xəbər verir ki, keçmiş baş nazir bu günlərdə səhhətinin pisləşməsi səbəbindən müalicə üçün xarici ölkəyə səfər edib.
Onun artıq ölkəyə qayıtdığı bildirilib.
Qeyd edək ki, bir neçə gün sonra - fevralın 26-da Artur Rasizadənin 90 yaşı tamam olur.
Xatırladaq ki, Artur Rasizadə 22 il Azərbaycanın baş naziri olub.