Qazaxıstan "Embraer" təyyarələrini istismardan çıxarır


Qazaxıstan "Embraer" təyyarələrini istismardan çıxarır.


AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "Air Astana" aviaşirkətinin vitse-prezidenti İbrahim Canlıel bildirib ki, hazırda aviaşirkət ümumilikdə 58 təyyarədən yararlanır.

"Biz onların sayını 2028-ci ilin sonuna kimi 80-ə çatdırmağı planlaşdırırıq. Öhdəlik götürdük və ötən il on "Airbus-320" layneri aldıq, eyni zamanda iki "Embraer" təyyarəsini istismardan çıxardıq", - deyə İbrahim Canlıel qeyd edib.

Xatırladaq ki, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL ("Azərbaycan Hava Yolları") təyyarəsi "Embraer" şirkətinə məxsus olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu