Rusiya: ABŞ ilə müxtəlif sahələrdə iqtisadi əməkdaşlıq layihələrində maraqlıyıq

Kremlin sözçüsü Dmitri Peskov ABŞ ilə müxtəlif sahələrdə iqtisadi əməkdaşlıq layihələrində maraqlı olduqlarını bildirib.
Peskov Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında növbəti telefon danışığının planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı suala "Ehtiyac yarananda belə bir görüş keçirilə bilər. Dialoqa start verilib, lakin hələlik bu planlaşdırılmır. Bəzi təcili məsələlərin həlli üçün planlar dəyişə bilər" belə cavab verib.
Putinlə Trampın təkbətək görüşü ilə bağlı hələlik hər hansı bir inkişafın olmadığını ifadə edən Peskov "Bu görüşün baş tutması ilə bağlı bir anlayış var. Bu, iki liderin razılaşdığı bir məsələdir. Həm iki liderin, həm də nümayəndə heyətlərinin başçılarının Ər-Riyadda əldə etdiyi razılaşmalar mərhələ-mərhələ həyata keçirilir. Xarici işlər nazirləri səviyyəsində ekspertlər səviyyəsində təmaslar planlaşdırılır" deyib.
Peskov ABŞ-la əməkdaşlıq imkanlarına gəlincə, “Müxtəlif sahələrdə iqtisadi əməkdaşlıq layihələrinə maraq göstərir” deyib.
Peskov bildirib ki, Ukrayna böhranının həlli prosesi çərçivəsində Çin sülhməramlılarının Ukraynaya göndərilməsi məsələsi müzakirə olunmayıb.