Somali ordusu Əl-Şəbabın ələ keçirdiyi ərazilərə nəzarəti bərpa edib


Somalinin informasiya nazirinin müavini Abdirahman Yusuf Aladala Somali ordusunun terror təşkilatı Əl-Şəbab yaraqlıları tərəfindən ələ keçirilən qəsəbələrə qarşı uğurlu əməliyyatlar keçirdiyini və bu qəsəbələrin geri alındığını açıqlayıb.



Milli televiziyaya danışan Aladala Orta Şebel bölgəsindəki ərazilərin, xüsusilə də son vaxtlar intensiv hücumlara məruz qalan Gilqab qəsəbəsinin yenidən nəzarət altına alındığını bildirib.

Aladala terrorçuların ərazini ələ keçirməsindən sonra Somali hökuməti və yerli xalqın dəstəyi ilə yenidən təmizləndiyini və yaraqlıların böyük itkilər verdiyini bildirib.

Somali hökumətindən verilən açıqlamada ordu hissələrinin müxtəlif istiqamətlərdən bölgəyə hücuma keçdiyi və Əş-Şəbab yaraqlılarını bölgədən tamamilə uzaqlaşdırdığı bildirilib.

Milli mətbuatda çıxan xəbərlərə görə, iki gündür davam edən qarşıdurmalar Somalinin Mərkəzi Cənub bölgəsinin Hiran bölgəsində daha da şiddətlənib.

Somalinin Danab Xüsusi Qüvvələrinin ABŞ-da təlim keçmiş komandirlərindən Əsəd Osman Afrahın Hirandakı qarşıdurma zamanı həyatını itirdiyi bildirilib.

Son zamanlar xüsusilə Orta Şabel, Aşağı Şabel və Hiran bölgələrində intensiv toqquşmaların və əməliyyatların davam etdiyi bildirilir. 2022-ci ildə Əl-Şəbabdan təmizlənən bu bölgələrdə təşkilatın gücünü bərpa etdiyi və qarşıdurmaların yenidən şiddətləndiyi görünür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu