Prezident Avropa Şurasının baş katibi ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Antalyada Avropa Şurasının baş katibi Alen Berse ilə görüşü olub.
Görüş zamanı Alen Bersenin COP29 çərçivəsində ölkəmizə səfəri və onun Azərbaycan Prezidenti ilə görüşü məmnunluqla xatırlanıb. COP29 zamanı qlobal iqlim gündəliyi ilə bağlı vacib qərarların qəbul olunduğu bir daha vurğulanıb.
Görüşdə Azərbaycan ilə Avropa Şurasının icraedici strukturları arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.