Ceyhun Bayramov sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqladı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsinin bağlanması üçün laım olan şəraiti açıqlayıb.
AFN.az xəbər verir ki, o, mövzu ilə bağlı Antalyada Diplomatik Forum çərçivəsində keçirilən panel müzakirəsi zamanı danışıb.
“ATƏT-in Minsk Qrupu ləğv edildikdən və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasından sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin bərpası qarşısında heç bir maneə qalmayacaq” - deyə C.Bayramov bildirib.