"Rheinmetall" 2026-cı ildə Ukraynadakı sursat zavodunu tamamlayacaq


Almaniyanın "Rheinmetall" müdafiə şirkəti Ukraynada tikilməkdə olan sursat zavodunu genişləndirir və layihəni 2026-cı ildə başa çatdırmağı planlaşdırır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Armin Papperger deyib.

"Unterlüssdəki zavodda olduğu kimi, biz də orada tikilməkdə olan zavodu daha da genişləndiririk. İlkin olaraq ildə 150 ​​min ədəd mərmi istehsalı nəzərdə tutulurdu, biz onu xeyli artıracağıq", - deyə o bildirib.

Papperger əlavə edib ki, zavodun tikintisi 2026-cı ildə tamamlanmalıdır.

"Rheinmetall" Almaniyanın ən böyük müdafiə şirkətidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu