PKK-nın ləğv və tərksilah qərarını məmnuniyyətlə alqışlayırıq - Quterreş

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin terror təşkilatı PKK-nın ləğv və tərksilah qərarını alqışladığı açıqlanıb.
BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında "Baş katib terror təşkilatı PKK-nın ləğv və tərksilah qərarını alqışlayır" deyib.
Düjarrik Quterreşin terror təşkilatı PKK-nın elan etdiyi qərarın həyata keçiriləcəyi təqdirdə uzun müddətdir davam edən münaqişənin həlli istiqamətində daha bir mühüm addım olacağına inandığını bölüşüb.