Emin Əmrullayev Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb


Böyük Britaniyaya səfəri çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Londonda Dövlət Proqramı üzrə bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib.



Görüş Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyində baş tutub. Tədbirdə fövqəladə və səlahiyyətli səfir Elin Süleymanov da iştirak edib.



Çıxışında nazir Emin Əmrullayev Azərbaycanda elm və təhsil sahəsinə göstərilən davamlı dövlət qayğısını vurğulayıb, son illərdə həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verib. O, xüsusilə Qarabağ Universitetində yaradılan müasir tədris imkanlarına toxunub.



Həmçinin bildirilib ki, xaricdə təhsil üzrə Dövlət Proqramı 2028-ci ilədək uzadılıb və bu çərçivədə daha çox tələbənin dəstəklənməsi nəzərdə tutulur.



Görüş zamanı tələbələrin suallarını cavablandıran nazir onları təhsillərini başa vurduqdan sonra Vətənə dönərək elmin və ali təhsilin inkişafına töhfə verməyə çağırıb.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu