Azərbaycanda su ehtiyatlarının idarə olunması üzrə peşəkar kadr hazırlığına başlandı


Su ehtiyatlarının idarə olunmasında peşəkar kadrların hazırlanması istiqamətində işlər davam etdirilir.



Təlim və İnnovasiyalar Mərkəzinin fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə bildirilib ki, bu Mərkəz Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində fəaliyyət göstərən Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu çərçivəsində yaradılıb.



Mərkəzin əsas məqsədi ölkədə su ehtiyatlarının davamlı və səmərəli idarə olunması üçün peşəkar kadrların hazırlanması və innovativ yanaşmaların tətbiqini təmin etməkdir.



Müasir təlim korpusu, hidrotexniki qurğularla təchiz olunmuş poliqon sahəsiekopark ilə təchiz edilən Mərkəzdə nəzəri və praktiki biliklərin qazanılması üçün yüksək şərait yaradılıb.



Mərkəzdə təlim otaqları, laboratoriyalar, kitabxana, idman zalıyataqxana fəaliyyət göstərir. Burada eyni vaxtda yüzlərlə iştirakçının təlim alması mümkündür.



2025-ci ildə su ehtiyatlarının idarə olunması, içməli suyun emalı, tullantı sularının idarəsi, iqlim dəyişikliklərinə uyğunlaşma və digər mühüm mövzular üzrə təlimlərin keçirilməsi planlaşdırılır.



Mərkəz yaxın zamanda ISO/IEC 17024 beynəlxalq standartı üzrə akkreditasiyadan keçməyiİqtisadiyyat Nazirliyindən təlim lisenziyası alaraq fəaliyyət sahəsini daha da genişləndirməyi qarşıya məqsəd qoyub.


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu