Paşinyan Azərbaycanı Qurban bayramı münasibətilə təbrik etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib.
AFN.az xəbər verir ki, o bu barədə özünün “X” hesabında paylaşım edib.
“Azərbaycan Respublikası və xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzu edirəm”, - deyə paylaşımda qeyd olunub.