Narkotik bükümlərini udan şəxs xəstəxanada öldü - Bakıda

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs cinayət təqibindən yayınmaq üçün kuryoz addım atıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Allahverdi Rəsulov üzərində olan narkotik bükümlərini udaraq sübutları gizlətməyə cəhd edib.
31 yaşlı şəxs halı pisləşdiyi üçün xəstəxanaya çatdırılıb. Zəhərlənən şübhəli göstərilən tibbi müdaxilələrə baxmayaraq, iyunun 20-də ölüb.
Qeyd edək ki, A.Rəsulov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunubmuş və narkotik aludəçisi imiş.
Faktla bağlı araşdırma aparılır.